Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ramiz Mehdiyev YAP-ın iclasına çağırılmadı - "Səbəbini bilmirəm"

Ramiz Mehdiyev YAP-ın iclasına çağırılmadı - "Səbəbini bilmirəm"

Ramiz Mehdiyev YAP-ın iclasına çağırılmadı - 
2023-12-15 , 14:57

Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilir.

 
İclasın gündəliyinə İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi daxil edilib.
 
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə iclasa qatılanlar arasında görünməyib.
 
Pravda.az bildirir ki, Ramiz Mehdiyev məsələ ilə bağlı “Unikal”a açıqlama verib:
 
“Məni bu iclasa dəvət etməyiblər. Səbəbini bilmirəm. Düzünü desəm, bu barədə məlumatım yoxdur. Maraqlandığınız üçün çox sağolun”, - deyə o qeyd edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.