Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıt Tibb Mərkəzində TƏBİB-in yaranmasının 5 illiyi münasibəti ilə tədbir keçirilib

Sumqayıt Tibb Mərkəzində TƏBİB-in yaranmasının 5 illiyi münasibəti ilə tədbir keçirilib

Sumqayıt Tibb Mərkəzində TƏBİB-in yaranmasının 5 illiyi münasibəti ilə tədbir keçirilib
2023-12-20 , 19:17

Sumqayıt Tibb Mərkəzində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin yaranmasının (TƏBİB) 5 illiyi münasibəti ilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Tibb Mərkəzinin direktoru Səkinə Sadıxova çıxış edərək ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə yaradılan qurumun qısa zamanda böyük bir yol qət etdiyini  bildirib.
 
Direktor TƏBİB tərəfindən səhiyyə sahəsində həyata keçirilən tədbirlərdən söz açıb və bu istiqamətdə gələcəkdə daha böyük işlərin görüləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
S. Sadıxova kollektivi təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.