Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Deputat pensiyası nə qədərdir?

Deputat pensiyası nə qədərdir?

Deputat pensiyası nə qədərdir?
2023-12-27 , 16:17

“Deputatların maaşları artanda sabiq deputatların da pensiyasında artım olur, çünki bu, faizə bağlıdır".

Yenilik.az Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
O əlavə edib: "Deputat pensiyası əməkhaqqının 80%-i qədərdir. Maaş artıqca, pensiya da artır. Son dövrlər aparılan islahatlara görə, vahid pensiya siyasəti yeridilir. Əvvəllər bu, indeksasiya ilə bağlı idi. İndi ümumi pensiya artımı hamıya eyni dərəcədə şamil olunur, hansısa kateqoriya kənarda qalmır”.
“Mən özüm artıq hakimlik pensiyası alıram. Bu, hakim pensiyasının 50%-ə qədəridir. Çünki mən hazırda deputat maaşı alıram. Bildiyim qədəri ilə, işləyən deputatlar deputat pensiyası almırlar. Heç kimdən soruşmamışam ki, pensiyası nə qədərdir, ona görə də konkret rəqəm deyə bilməyəcəm”, - deyə T. Kərimli vurğulayıb.
Xatırladaq ki, Tahir Kərimli 1992–1993-cü illərdə Ali Məhkəmənin sədri vəzifəsində çalışıb. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.