Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Nikosayağı” barədə qərar verildi - FOTO

“Nikosayağı” barədə qərar verildi - FOTO

“Nikosayağı” barədə qərar verildi - FOTO
2023-12-27 , 16:32

Sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan istintaq işi artıq yekunlaşıb.

Yenilik.az bildirir ki, oxu.az-ın əldə etdiyi məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, avqustun 15-də sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.