Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Türkiyəli qonaqlar mediatorlarla səhər yeməyində bir araya gəlib

Türkiyəli qonaqlar mediatorlarla səhər yeməyində bir araya gəlib

Türkiyəli qonaqlar mediatorlarla səhər yeməyində bir araya gəlib
2023-12-24 , 19:41

Mediator klubunun sayca 8-ci səhər yeməyi qardaş Türkiyədən olan qonaqların da iştirakı ilə keçirilib. Ölkəmizdə səfərdə olan İNTİSAD Dərnəyi Başkanı, PAR Hüquq və Mediasiya Mərkəzinin rəhbəri, iş adamı Səlahətdin Par, Topkapı Üniversitesi Mütevelli Heyet Başkanı Nabi Kırmızı, İpar İnşaat Grubu Yönetim Kurulu Başkanı Ahmet İpar, Urfalı Sanayici İş Adamları Derneği (Ursiad) Başkanı Mehmet Yaşar Bahçıvan, Bvn Motor Yönetim Kurulu Başkanı Ömer Faruk Bahçıvan, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Mediasiya Şurasının əməkdaşları, Mediasiya Şurasının Etika Komitəsinin sədri Aqil Əsgərov, mediatorlar Qulu Süleymanov, Ayaz Süleymanov, Fəqan Səlimov iştirak edib. Səmimi keçən səhər yeməyində Azərbaycan nümayəndə heyətinin Türkiyə Cumhuriyyətinə olan səfərindən, eyni zamanda yaradılması nəzərdə tutulan Türk Dünyası Mediatorlar Birliyi barədə müzakirələr aparılıb.


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.