Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nadir Adilov: "Nazirlər Kabinetinin mediasiya ilə bağlı qərarı 2023-ci ildə də yüksək səviyyədə icra edilib"

Nadir Adilov: "Nazirlər Kabinetinin mediasiya ilə bağlı qərarı 2023-ci ildə də yüksək səviyyədə icra edilib"

Nadir Adilov:
2023-12-30 , 03:11

Mediasiya Şurası İdarə heyətinin sədri Nadir Adilov bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın tələblərinə görə aztəminatlı ailələrin mediasiya xərcləri dövlət vəsaiti hesabına ödənilir.
Onun sözlərinə görə, 2023-cü il ərzində aztəminatlı ailələrə dövlət büdcəsi hesabına ödənilən mediasiya xərcləri 12069.65 AZN (on iki min altmış doqquz manat 65 qəpik) məbləğində təşkil edib:
“Ödənilən vəsait 2023-cü il ərzində rəsmi işsiz və ya işaxtaran, habelə ünvanlı dövlət sosial yardımı alan 229 nəfərə şamil edilib”.
N. Adilov deyib ki, aztəminatlı ailələrin mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanında nəzərdə tutulub.
İdarə Heyəti sədri əlavə edib ki, bundan sonra da Fərmanda və Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulan tələblər Qanunvericiliyin tələblərinə uyğun olaraq icra ediləcək və mütəmadi olaraq cəmiyyətə bu barədə açıqlamalar veriləcək”.
Nadir Adilov eyni zamanda bu işlərin uğurlu icrasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənən mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi çərçivəsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikası Maliyyə naziri cənab Samir Şərifov başda olmaqla, Maliyyə Nazirliyinin kollektivinə dərin təşəkkür edib və qeyd edib ki, bu sahədə aparılan işlərin peşəkar və uğurlu alınmasında Maliyyə Nazirliyinin önəmli dəstəyini hər zaman hiss etmişik.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.