Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO

Xalq artisti Flora Kərimova “İnternational Medical Centre” klinikası və plastik-cərrah Sevinc Heydərovanı yenidən məhkəməyə verib.
Qeyd edək ki, S.Heydərova sosial şəbəkə hesablarında özünü plastik-cərrah kimi tanıdıb və 2021-ci ildə F.Kərimovanın gözlərinin üstünü estetik əməliyyat edib, botoks vurub. Ancaq müğənni bunun əks fəsadlarını görüb, gözlərinin görmə qabiliyyəti tamamilə zəifləyib. F.Kərimovanın mətbuata verdiyi açıqlamalara görə, S.Heydərova həkimliyə başlayanda əvvəl endikrinoloq, nevroloq, lap sonda isə plastik-cərrah kimi fəaliyyətini davam etdirib. Unikal.az
OXŞAR XƏBƏRLƏR