Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Aqrar Kredit və İnkişaf Agentliyi və Mediasiya Şurasının birgə tədbiri keçirilib

Aqrar Kredit və İnkişaf Agentliyi və Mediasiya Şurasının birgə tədbiri keçirilib

Aqrar Kredit və İnkişaf Agentliyi və Mediasiya Şurasının birgə tədbiri keçirilib
2023-12-30 , 03:21

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Mediasiya Şurasının birgə tədbiri keçirilib. Tədbirdə Mediasiya Şurasının Bakı və müxtəlif regionlarda fəaliyyət göstərən mediasiya təşkilatlarının mediatorları iştirak ediblər. 
Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxış edərək qurumlar arasında mövcud əmədaşlığın əhəmiyyətindən danışıb. O həmçinin bildirib ki, bu əməkdaşlıq mübahisələrin mediasiya yolu ilə həlli istiqamətində kifayət qədər uğurlu nəticələr verib. 
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxışında AKİA ilə qarşılıqlı əməkdaşlığın perspektivlərindən və gələcək planlarından danışıb, həmçinin mediatorlara göstərilən diqqətə görə təşəkkürünü bildirib.
AKİA-nın sədri Seymur Mövlayev isə Mediasiya Şurası ilə əməkdaşlıq müddətində əldə olunan real nəticələrin statistikasına toxunub. O bildirib ki, 300 dən artıq lizinqalanla gecikdirilmiş borcların məhkəmədən kənar ödənişi istiqamətində barışıq sazişi imzalanmışdır. 
Sonda AKİA ilə bağlanmış sazişə əsasən mübahisəli məsələlərin barışıq yolu ilə həlli üçün mediasiya işlərinin təşkilində göstərdiyi töhfələrə görə mediasiya təşkilatları və yüksək peşəkarlığa görə fərqlənən mediatorlar təşəkkürnamə ilə təltif ediliblər.
Xatırladaq ki, 2022-ci ilin iyun ayında AKİA ilə Mediasiya Şurası arasında birgə əməkdaşlıq haqqında razılaşma imzalanıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.