Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nazirdən müharibə anonsu: “Xalqımız buna hazır olmalıdır”

Nazirdən müharibə anonsu: “Xalqımız buna hazır olmalıdır”

Nazirdən müharibə anonsu: “Xalqımız buna hazır olmalıdır”
2024-01-08 , 15:31

Mülki müdafiə naziri Karl Oskar Bolin İsveçin müharibəyə başlaya biləcəyi barədə xəbərdarlıq edib.

 
Bu barədə o, Dalarna regionunda Salen hərbi bazasında keçirilən Milli Konfransda çıxışında deyib.
 
Nazir Rusiyanın təhdidlərinə ciddi yanaşmaq lazım olduğunu vurğulayıb:
 
“İsveçdə müharibə ola bilər və xalqımız buna hazır olmalıdır”, - deyə o bildirib.
 
İsveçin 210 ildir müharibə etmədiyini xatırladan Bolin əlavə edib:

“Rusiyanın Ukraynaya hücumu nəticəsində Avropada onsuz da yaxşı olmayan təhlükəsizlik vəziyyəti daha da pisləşib. Təxminən 210 ildir ki, sülh İsveç xalqı üçün xoş bir yoldaş olub. Amma bu gün hər şey dəyişib və təhlükəsizlik vəziyyəti daha da pisləşib. Məsul nazir kimi bunu İsveç xalqına izah etmək mənim məsuliyyətimdir”, - deyə qurum rəhbəri qeyd edib.
 
O bildirib ki, İsveç hökuməti insanlarda ölkənin müharibəyə gedə biləcəyi barədə anlayış ​​yaratmaqla ölkənin müdafiə qabiliyyətini artırmağa çalışır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.