Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Yanğından yarım saat əvvəl doğulan üçəmlərin atası danışdı

Yanğından yarım saat əvvəl doğulan üçəmlərin atası danışdı

Yanğından yarım saat əvvəl doğulan üçəmlərin atası danışdı
2024-01-09 , 16:58

“Yanğından təxminən yarım saat əvvəl üçəm övladlarım dünyaya gəlmişdi. 15 il idi ki, övlad həsrəti çəkirdik. Ona görə də üçəmlərin dünyaya gəlməsi bizi çox sevindirmişdi. Amma sevincimiz çox çəkmədi. Dərman alıb, geri qayıdanda anidən mərkəzin 4-cü mərtəbəsində dəhşətli yanğın baş verdiyini gördük”.

Yenilik.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Perinatal Mərkəzdə baş verən yanğının şahidi Zeynalov Rahid deyib.
O, hadisənin təfərrüatlarını bu cür açıqlayıb: “Dərhal köməkləşib, üçəmləri, xanımımı və digər yeni ana olan qadınları mərkəzdən çölə çıxartdıq. Tüstünün təsirindən onların vəziyyəti yaxşı deyildi. Yeni ana olan həyat yoldaşım üçün əməliyyatdan sonra dərhal hərəkət etmək, çölə çıxmaq çox çətin idi və onun sağlamlığına çox pis təsir etdi. Ana və uşaqları dərhal yaxınlıqdakı poliklinikaya yerləşdirdilər. Çox şükür ki, həm ana, həm də uşaqların vəziyyəti hazırda stabildir. Yanğının hansı səbəbdən baş verməsi haqda isə məlumatsızıq. Bəziləri deyir ki, yanğın hansısa elektrik naqilində baş verib”.
Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 yeni doğulan körpə ölüb, 3 nəfər tüstüdən zəhərlənib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.