Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 9 nəfərə məzar olan partlayış yerindən yeni - Fotolar

9 nəfərə məzar olan partlayış yerindən yeni - Fotolar

9 nəfərə məzar olan partlayış yerindən yeni - Fotolar
2024-01-17 , 17:30

Binəqədi rayonunda partlayış baş verən mebel sexində axtarış tədbirləri davam edir.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə vaxtı mebel salonunda olan bir nəfərin meyitinin dağıntılar altında olduğu ehtimal edilir.
Bütün ehtimalları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə işləri fasiləsiz axtarış aparır.
Bundan başqa, Baş Prokurorluğun İstintaq İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Partlayış yerindən dəlil və sübutlar toplanır, digər zəruri istintaq hərəkətləri yerinə yetirilir. 
Bu gün səhər saatlarından baş prokurorun birinci müavini Elçin Məmmədov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerindədirlər.
Qeyd edək ki, bu günə olan məlumata görə, hadisə nəticəsində 9 nəfər həlak olub.









Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.