Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tramp: "Prezident postunda ağıllı adam olmalıdır" - Baydenə eyham

Tramp: "Prezident postunda ağıllı adam olmalıdır" - Baydenə eyham

Tramp:
2024-01-23 , 16:23

Keçmiş ABŞ lideri Donald Tramp deyib ki, o, ABŞ prezidenti postunu ağıllı adamın tutmasının lazım olduğuna inandığı üçün iki dəfə əqli qabiliyyət testindən keçib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp bu sözləri Fox News telekanalına müsahibəsində deyib.
“Mən iki dəfə idrak testindən keçdim. Deyərdim ki, prezidentliyə namizəd olan hər kəs üçün koqnitiv testi təşviq edəcəm, çünki bunun yaxşı bir fikir olduğunu düşünürəm. Ağıllı adam prezident olsa, əla olardı”, – Tramp müsahibəsində deyib.
Bundan əvvəl Respublikaçılar Partiyasından prezidentliyə namizəd Nikki Heyli də yüksək dövlət vəzifələrinə iddia edən yaşlı siyasətçilər üçün məcburi tədqiqat testlərinin keçirilməsinə tərəfdar çıxıb.
ABŞ prezidenliyinə namizədlər ağıl-kamal testi məsələsini qaldırarkən, daşı əsasən hazırkı prezident Cozef Baydenin bostanına atırlar. Baydenin öz çıxışlarında tez-tez ciddi yanlışlıqlara yol verməsi, unutqanlığı, bir dəfə isə boşluqla salamlaşması Amerikada, eləcə də dünyada geniş polemikalara səbəb olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.