Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Utilizasiya məbləği açıqlandı - Siyahı

Utilizasiya məbləği açıqlandı - Siyahı

Utilizasiya məbləği açıqlandı - Siyahı
2024-01-31 , 13:12

Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği, utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi təsdiqlənib.

Yenilik.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği” 2024-cü il fevralın 1-dən, “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi” 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir.
Traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli 187 nömrəli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün utilizasiya haqları isə 2024-cü il fevralın 1-dən 2 (iki) il müddətinə 50 (əlli) faiz həcmdə tətbiq ediləcək.






Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.