Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qaz sayğacları BU HALLARDA az pul yazır

Qaz sayğacları BU HALLARDA az pul yazır

Qaz sayğacları BU HALLARDA az pul yazır
2024-02-06 , 17:51

Son illər təbii qazın qiyməti artdığı üçün evlərimizi isitmək baha başa gəlir.

Bəs qaza qənaət edərək evləri isti saxlamaq mümkündürmü?
mövzu ilə bağlı Sfera.az-a danışan enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, bir sıra üsullarla qaza qənaət etmək olar:
“Radiatorlarda, xüsusən, divarlara quraşdırılanlarda istilik itkisinin qarşısını almağın ən sadə üsulu onların arxasına alüminium falqa yapışdırmaqdır. Həmin material istiliyi otağa tərəf əks etdirir. Bunun üçün satışda xüsusi falqalar mövcuddur. İkiqat şüşəli pəncərələr də istilik itkisinin qarşısını alır. Onlar izolyasiya baxımından effektiv olsalar da, quraşdırılmaları əlavə xərc tələb edir. Təkqatlı pəncərələrə izolyasiya lenti çəkmək də, alternativ və effektiv üsullardan biridir”.
Ekspert bildirib ki, radiatorları təmizləmək istilik keçiriliciyini artırır.
“İstilik itkisinin təxminən 10 faizi döşəmələrin payına düşür. Məhz bu baxımdan döşəmələrin izolyasiyası önəmli faktorlardan biridir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.