Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əhməd Əhmədov təcridxana rejimini pozur: Qışqırır, söyüş söyür, məhbusları yatmağa qoymur

Əhməd Əhmədov təcridxana rejimini pozur: Qışqırır, söyüş söyür, məhbusları yatmağa qoymur

Əhməd Əhmədov təcridxana rejimini pozur: Qışqırır, söyüş söyür, məhbusları yatmağa qoymur
2024-02-20 , 17:03

Bir neçə gün əvvəl ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Təcridxanada təkadamlıq kamerada saxlanılan Əhməd Əhmədov günün bir neçə saatını qışqırmaqla, söyüş söyməklə keçirir.
Bu isə Əhmədovun saxlanıldığı ikinci korpusdakı digər məhbusların rejiminə mənfi təsir edir.
Bildirilir ki, Əhmədov bəzən gecə saatlarında kamerasında uca səslə söyüşlər söyür, qapını təpikləyir.
Onu sakitləşdirmək cəhdləri isə uğursuz olur.
Qeyd edək ki, fevralın 13-də Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun beş yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.**Gununsesi.info

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.