Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Öz böhtanlarınızı özünüz təkzib edin" - Zahid Orucdan QƏZƏBLİ BƏYANAT

"Öz böhtanlarınızı özünüz təkzib edin" - Zahid Orucdan QƏZƏBLİ BƏYANAT

2024-02-23 , 16:14

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc mühüm açıqlama ilə çıxış edib.

Musavat.com-a göndərilən xüsusi açıqlamada bir sıra vacib məqamlar vurğulanıb.
Açıqlamanı olduğu kimi təqdim edirik:
"Ermənistanın konstitusiya dəyişikliyini Azərbaycan dövlətinin iradəsi ilə izah edən, hətta onu rəsmi Bakının əmri sayan İrəvan siyasətçilərinin və mediasının buna əks addım olaraq, Azərbaycanın da 1991-ci ildə qəbul edilən “Müstəqillik Bəyannaməsi”ndə Cümhuriyyət varisliyi müddəasının çıxarılması məsələsini dilə gətirmələri, sadəcə konstatasiya, vasitəsiz nitq qaydasında səsləndirməyi SSRİ-nin bərpası, demokratik mirasdan imtina və sair kimi şərh edərək siyasi manipulyasiyaya can atanlar, virtual mübarizənizi müəyyən məntiqi qaydalara tabe etdirin. Əks halda, özünüz həmin çağırışların müəlliflərinə çevrilirsiniz.
Siz mənbəyini yoxlamadan, böhtan bir tezisi bizim adımızdan yayarkən Ermənistanın həmin narrativlərini inkişaf etdirirsiniz.
Bizim “Tarixi torpaqlar haqqında” qanun təklifimizi, "Böyük Qayıdışdan Böyük Dönüşə" seçki platformamızı oxumağınızı tövsiyə edirik. Öz böhtanınızı özünüz təkzib etsəniz, yaxşıdır. Əks halda reallığın böhtanla qarışdırılmasını, bizə məxsus olmayan fikrin nəyini şərh edək?!
Bizim Azərbaycan saatı olacaq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.