Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Neolit"lə bağlı qalmaqal: "Obyektimi söküblər, pulumu da vermirlər"

"Neolit"lə bağlı qalmaqal: "Obyektimi söküblər, pulumu da vermirlər"

2024-03-19 , 17:14

"Neolit" MMC-ni və onun sahibi Yaşar Məlikovun oğlu Fərdi Məlikovu məhkəməyə verən Mirzə Feyzullayev bir sıra məqamlara aydınlıq gətirib. 

 
M.Feyzullayev Pravda.az-a açıqlamasında deyib ki, hazırda iş Apellyasiya Məhkəməsindədir: 
 
“2000-ci ildən 2015-ci ilədək “Neolit”in qanuni təmsilçisi olmuşam. Şadlıq evinin qarşısında mənə məxsus avtoyuma məntəqəsi olub. Təmsilçilikdən getdikdə Fərdi Məlikovla 250 minə razılaşmışdıq. Sonra Fərdi Məlikov avtoyuma məntəqəsini sökdü, dedi ki, “pulum yoxdur, sonra verəcəyəm”. Bəhanələrlə bu günə qədər işimiz məhkəmədə yubanır. Məlikov deyir ki, mənim pulum var, hara istəyirsənsə, get şikayət et, pulumu verib məhkəmələri qazanacağam. İndiyə qədər 4 məhkəmə prosesi olub, dördündə də dediyi məsələ ortaya çıxır. Ali Məhkəmə sağ olsun, işimizə çox yaxşı baxdı, Apellyasiya Məhkəməsinə qaytardı. Mənim əlimdə dövlət reystrindən keçmiş rəsmi çıxarışım, texniki pasportum var. Qanunla baxılsa, ora mənim rəsmi obyektimdir. 288 kvadratmetr yerim var. 15 ildir, fəaliyyət göstərirdi. Məhkəmələr işə düzgün baxsalar, məsələ həll olunar”. 
 
Pravda.az Fərdi Məlikovun da mövqeyini öyrənmək üçün onunla əlaqə saxlayıb. o, mövqe bildirməyib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.