Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE

Ardıcıl olaraq iki dəfə eyni vəzifəyə təyin olunan Elçin Babayev kimdir? - DOSYE
2024-03-27 , 17:44

Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Babayev yenidən Bakı Dövlət Universitetinin rektoru təyin edilib.


Yenilik.az Oxu.az istinadən Elçin Babayevin dosyesini təqdim edir:

Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub.

O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika, radioastronomiya ixtisaslarına yiyələnib. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

E.Babayev Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, ŞAR “Günəş və Günəş-Yer əlaqələrinin fizikası” şöbəsinin rəhbəri, ŞAR Elmi Şurasının sədr müavini, AMEA “Azərbaycan Astronomiya Jurnalı”nın baş redaktor müavini vəzifələrində fəaliyyət göstərib.

O, həmçinin 2009-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb.

Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında, 289 nömrəli məktəb - “Zəngi” liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyətlə məşğul olub.

Elçin Babayev ilk dəfə 2019-cu ildə BDU-nun rektoru təyin edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.