Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR

Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR

Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
2024-03-28 , 17:31

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.

 
Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
 
2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb.
 
Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb - 5.1 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 2.6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 3.7 faiz artım qeydə alınıb.
 
Qeyd edək ki, 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi 2023-cü ilin fevral ayına nisbətən 100,8 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,7 faiz, qeyri-qida məhsulları üzrə 101,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,3 faiz təşkil edib. 2024-cü ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 faiz, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,3 faiz olub./Trend

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.