Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Rəsmi nikah olmadan dini kəbin kəsənlərə qarşı cəza mexanizmlərinin olması təklif edilir

Rəsmi nikah olmadan dini kəbin kəsənlərə qarşı cəza mexanizmlərinin olması təklif edilir

Rəsmi nikah olmadan dini kəbin kəsənlərə qarşı cəza mexanizmlərinin olması təklif edilir
2024-06-20 , 17:08

Rəsmi nikah olmadan dini kəbin kəsilməsini həyata keçirənlərlə bağlı cəza mexanizmi olmalıdır.

 
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
 
O bildirib ki, belə nikahlar uzun müddət davam etmir: “Çünki rəsmi nikah olmadığından tərəflər ciddi məsuliyyət daşımır. Bir müddət sonra boşanma baş verir və bu da ciddi narahatlıq doğurur”.
 
“Qafqaz Müsəlmanları İdarəsinin də tövsiyəsi var idi ki, rəsmi nikah olmadan dini kəbinin kəsilməsin. Bu sadəcə tövsiyə şəklindədir. Ona görə də hesab edirəm ki, bununla bağlı ciddi cəzalandırma mexanizmi olmalıdır”, - C.Məmmədov əlavə edib./Report

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.