Azərbaycanda boşanma statistikasında artım: vəkilə müraciət niyə vacibdir?

Azərbaycanda boşanma statistikasında artım: vəkilə müraciət niyə vacibdir?
Boşanma proseslərinin çoxalması həm hüquqi, həm də sosial baxımdan ciddi problemlər doğurur. Bu hallarda vəkilə müraciət etmək vacibdir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Gülnar Qasımlı boşanma prosesinin hüquqi tərəfləri barədə sumqayitxeber.com-a açıqlama verib.
Gülnur Qasımlı bildirib ki, boşanma qərarı vermək ailələr üçün ağır və mürəkkəb bir prosesdir. Bu prosesin düzgün aparılması üçün peşəkar hüquqi yardıma ehtiyac var. Vəkil yalnız boşanma sənədlərinin hazırlanmasında deyil, həm də ailə üzvlərinin hüquqlarının qorunmasında mühüm rol oynayır. Uşaqların qəyyumluğu, əmlak bölgüsü və aliment məsələləri kimi mühüm məsələlərdə düzgün qərarların qəbul edilməsi üçün hüquqi biliklərə malik olmaq zəruridir.Əksər hallarda boşanma prosesləri emosional gərginliklərə səbəb olur və ailə üzvləri arasında ziddiyyətlər yaranır. Vəkil bu ziddiyyətlərin aradan qaldırılmasında və müvafiq hüquqi məsləhətlərin verilməsində yardım edir. Bundan əlavə, boşanma hallarında hüquqi prosedurlara əməl edilməməsi sonradan ciddi problemlərə səbəb ola bilər. Vəkilin yardımı ilə hüquqi tələblər və müddəalar yerinə yetirilir, beləliklə, proses daha asan və sürətli bir şəkildə tamamlanır.”
Gülnar Qasımlı əlavə edib ki, hər bir ailə boşanma qərarını qəbul edərkən diqqətli olmalı və bu prosesin mənfi təsirlərini minimuma endirmək üçün peşəkar yardım almalıdır. Vəkilə müraciət etməklə gələcəkdə yaranacaq mümkün hüquqi problemlərin qarşısı alınmış olur.
OXŞAR XƏBƏRLƏR