“Nar”ın dəstəyi ilə “Breyn Rinq: Bilik Kuboku” uğrunda mübarizə başladı
Ölkənin ən sərfəli mobil operatoru mövqeyini qorumaqla yanaşı, sosial layihələrə də xüsusi önəmlə yanaşan “Nar”ın əsas dəstəyi ilə Azərbaycanın ən güclü beyinləri növbəti dəfə “Breyn Rinq” intellektual yarışmasında biliklərini sınamağa başladılar.
"Nar" üçün elm və təhsilə dəstək vermək strateji Korporativ Sosial Məsuliyyət (KSM) istiqamətinin vacib hissəsidir. Operator gənclərin bilik və intellektual potensialını inkişaf etdirmələrinə imkan verən bu cür layihələrə dəstək olmaqla, həm fərdi inkişafı, həm də Azərbaycanın bilik və elm sahəsində irəliləməsini təşviq edir. “Nar”ın həyata keçirdiyi bütün layihələr haqqında ətraflı məlumatı nar.az/layihələr səhifəsindən əldə etmək olar.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
OXŞAR XƏBƏRLƏR