MN-də struktur dəyişikliyi - Anar Eyvazov idarə rəisi oldu
Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.
Məlumatı nazirlikdən sorğumuza cavab olaraq təsdiq ediblər. Bildirilib ki, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.
Qeyd edək ki, polkovnik Eyvazov bu təyinata kimi, nazirliyin Mətbuat xidmətinin rəisi idi.
OXŞAR XƏBƏRLƏR