Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hikmət Hacıyev: Gəncə terroru II Dünya müharibəsindən sonra Avropada ilk ballistik raket hücumu idi

Hikmət Hacıyev: Gəncə terroru II Dünya müharibəsindən sonra Avropada ilk ballistik raket hücumu idi

Hikmət Hacıyev: Gəncə terroru II Dünya müharibəsindən sonra Avropada ilk ballistik raket hücumu idi
2024-10-04 , 14:43

Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev İkinci Qarabağ müharibəsi ərzində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasının dördüncü ildönümü ilə bağlı "X"də paylaşımında qeyd edib.
PA rəsmisi bildirib ki, 4 oktyabr 2020-ci il tarixində Azərbaycanın Gəncə şəhəri və onun mülki əhalisi Ermənistan tərəfindən atılan "Skad" ballistik raketləri ilə vuruldu:
"Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi. Məqsəd geniş miqyasda mülki tələfata səbəb olmaq və dəhşət yaratmaq idi".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.