“15 müttəfiq arasında ən acınacaqlı durumda olan məhz Azərbaycan idi”

“Azərbaycan az-az dövlətlərdəndir ki, müstəqil siyasət aparır. Vaxt var idi ki, Azərbaycanı Heydər Əliyev və nefti ilə tanıyırdılar. Bu gün isə ölkəmizi həm də İlham Əliyevlə tanıyırlar”.
“Müstəqilliyini bərpa edəndə 15 müttəfiq arasında ən acınacaqlı durumda olan məhz Azərbaycan idi. Azərbaycanın o vaxtkı hakimiyyəti, özünü demokrat adlandıranların səriştəsizliyinə görə vəziyyət belə olmuşdu.
Xatirimdədir ki, torpaqlarımızın işğal dövründə parlamentdə deyirdilər ki, ordu yaratmaq yerinə, qvardiya yaradaq. Hətta buna görə də Azərbaycanı müstəqil dövlət kimi görə bilmirdilər. Heydər Əliyev isə Azərbaycana dövlətçilik və parlament mədəniyyəti gətirdi”, - deyə, S.Novruzov bildirib.
OXŞAR XƏBƏRLƏR