Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qaz limiti ilə bağlı açıqlama

Qaz limiti ilə bağlı açıqlama

Qaz limiti ilə bağlı açıqlama
2024-11-01 , 16:39

Qaz limiti məsələsində narazılıqların artan xətlə getməsini nəzərə alaraq limitlərə və qiymətlərə yenidən baxılmasına ehtiyac var.

 
Bunu Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.
 
Deputat qeyd edib ki, dağ kəndlərinin qış mövsümü ilə əlaqədar problemlər vaxtından əvvəl üzə çıxıb. “Bəzi kəndlərdə qaz yoxdur. Bəzi kəndlərdə soyuq mövsüm çox olduğundan, qazdan daha çox istifadə olunur.
 
Ona görə də qaz limitinin baxılmasına ehtiyac var. Bu məsələ getdikcə aktuallaşır. Bu baxımdan dağ kəndlərində qaz limitinə yenidən baxılmasına ehtiyac var", - o qeyd edib.
 
Ölkə.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.