Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Hikmət Hacıyevdən yeni telekanalla bağlı PAYLAŞIM

Hikmət Hacıyevdən yeni telekanalla bağlı PAYLAŞIM

Hikmət Hacıyevdən yeni telekanalla bağlı PAYLAŞIM
2024-11-05 , 12:12

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ANEWZ beynəlxalq televiziya kanalını fəaliyyətə başlaması münasibəti ilə təbrik edib.


Bu barədə Azərbaycan Prezidentinin köməkçisi özünün "X" hesabında yazıb.

O, kanala qlobal məsələlərə regional fokusla alternativ perspektivlər, xəbər və məlumat mənbəyi təmin etmək səylərində uğurlar arzulayıb.

"Kanal öz peşəkar komandası və rəqəmsal platformaları ilə bir çox rəqabət üstünlüklərinə malikdir", - deyə Hikmət Hacıyev paylaşımında vurğulayıb.
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.