Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Eldar Sabiroğlunun SENSASİON səs yazısı yayıldı: Yaxın qohumuna əxlaqsız təkliflər iddiası

Eldar Sabiroğlunun SENSASİON səs yazısı yayıldı: Yaxın qohumuna əxlaqsız təkliflər iddiası

Eldar Sabiroğlunun SENSASİON səs yazısı yayıldı: Yaxın qohumuna əxlaqsız təkliflər iddiası
2024-12-05 , 20:37

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğluna aid olduğu iddia edilən səs yazısı yayımlanıb.

Musavat.com xəbər verir ki, bu səs yazısında onun yaxın qohumlarından birinin (baldızı olduğu bildirilir) gənc qızı ilə əxlaqsız məzmunda danışdığı iddia olunur.

Sabiroğlunun olduğu iddia edilən şəxs qıza müxtəlif əxlaqsız təkliflər edir, ondan rədd cavabı və təhqirlər alsa da, bu kimi sözlərinə davam edir.
Bu səs yazısı teleqram kanallarında yayılıb.
Eldar Sabiroğlu məsələni təkzib və ya təsdiq edən hər hansı bir açıqlama verməyib.
Qeyd edək ki, Eldar Sabiroğlu həm də Azərbaycanın dövlət, hərbi-siyasi və ictimai xadimidir.
O, I çağırış Milli Məclisin deputatı olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.