Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Baku Elektronics" keyfiyyətsiz malın qaytarılmamasına görə cəzalandırıldı

"Baku Elektronics" keyfiyyətsiz malın qaytarılmamasına görə cəzalandırıldı

2025-01-09 , 16:29

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması barədə maddəsinə uyğun olaraq "Baku Elektronics" MMC barəsində protokol tərtib edib.

 
Bu barədə Pravda.az-a Dövlət Xidmətindən məlumat verilib.
 
Məlumata görə, şirkətə qarşı tərtib edilən inzibati xəta protokolunun mahiyyəti satılmış keyfiyyətsiz malın (müqavilə şərtlərinə uyğun olmayan mal) qaytarılmaması ilə bağlı olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.