Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Ağlıma gəlməzdi ki, məni aldadarlar” — Milli Qəhrəmanın ATASI

“Ağlıma gəlməzdi ki, məni aldadarlar” — Milli Qəhrəmanın ATASI

“Ağlıma gəlməzdi ki, məni aldadarlar” — Milli Qəhrəmanın ATASI
2025-01-18 , 13:08

Xəbər verdiyimiz kimi, AZAL-ın təyyarə qəzasında həlak olan stüardessa, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi kibercinayətkarların hücumuna məruz qalıb.


Yenilik.az xəbər verir ki, Modern.az hadisə ilə bağlı Hökumə Əliyevanın atası Cəlil Alıyevlə danışıb. Milli Qəhrəmanın atası qeyd edib ki, hadisə ötən gün baş verib və faktla əlaqədar  Daxili İşlər Nazirliyinə məlumat verilib. 

"Mənə xarici nömrədən zəng gəldi. Götürdüm. Ağlıma gəlməzdi ki, məni aldadarlar. Bütün qurumlara xəbər vermişik, indi Daxili İşlər Nazirliyindən cavab gözləyirik" - deyə o qeyd edib. 

Xatırladaq ki, Cəlil Alıyevin Kapitalbanka məxsusu kartından ümumilikdə 80 507 manat pul çəkilib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.