Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Təəccübləndim, Hökümə elə yazan deyildi..."

"Təəccübləndim, Hökümə elə yazan deyildi..."

2024-12-26 , 18:49

"Hökümə ciddi bir qadın idi".


Demokrat.az  xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında təyyarə qəzasında həlak olan Hökümə Əliyevanın xalası qızı Aysel Abdullayeva deyib.

O, bir neçə gün əvvəl "WhatsApp"da Hökümə ilə danışdığını bildirib.

"Qızımla şəkil paylaşmışdım, Hökümə ora ürək reaksiyası göstərərək, "ikiniz də çox gözəlsiniz" deyə mesaj yazdı. O, elə şeylər yazan deyildi. Xaraktercə çox ciddi qız idi. Xalama dedim ki, Hökümə məni təəccübləndirdi, nə yaxşı belə reaksiya verib? O da cavab verdi ki, "WhatsApp" statuslarına elə də fikir verən deyil, bilmirəm niyə elə yazıb...

Hökumə iki il əvvəl ailə qurub, övladı yoxdur. Dünən axşama qədər sağ olduğunu düşünürdük, axşam qardaşından DNT analizi götürdülər və məlum oldu ki, Hökümə həlak olub".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.