Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Həqiqətənmi Allah bizdən bu qədər vəsait verib sadə daşlardan inşa edilmiş Kəbənin ətrafında fırlanmağımızı istəyir?" - Elşad Miri

"Həqiqətənmi Allah bizdən bu qədər vəsait verib sadə daşlardan inşa edilmiş Kəbənin ətrafında fırlanmağımızı istəyir?" - Elşad Miri

2025-01-21 , 17:56

"O qədər sevincliyəm ki... Hamının səbirsizliklə gözlədiyi həccin qiymətləri açıqlandı. Cəmi-cümlətanı 10-ca min manat. Bu qiymətə səhər yeməyindən başqa digər öyünlər daxil deyil. 

 
Pravda.az-ın xəbərinə görə, bunu ilahiyyatçı Elşad Miri bildirib.
 
E.Mirinin sözlərinə görə, orada kəsiləcək qurbanların qiyməti də əlavə edilməyib: "İndi, icazənizlə soruşmaq istəyirəm. Həqiqətənmi Allah bizdən bu qədər vəsait verib sadə daşlardan inşa edilmiş Kəbənin ətrafında fırlanmağımızı istəyir? Doğurdanmı Allah bu qədər xərc çəkib gedib orda şeytan daşlamağımızı istəyir? Gerçəkdənmi Allah bizdən bu qədər məsrəfi ödəyib Səfa və Mərvə adlandırılan yerdə qaçmağımızı istəyir? "İbrahim məqamı" deyilən yer doğurdanmı, adıçəkilən peyğəmbərin ayaqlarının izi olduğu iddia edilən və şüşənin içində olan məkandır? Budurmu Həcc? Yoxsa Allahın bizdən istədiyi Həcc başqadı? Fikirləşəkmi?"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.