Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əbülfəs Qarayevdən agent iddiasına cavab: “Geniş açıqlama verə bilmirəm"

Əbülfəs Qarayevdən agent iddiasına cavab: “Geniş açıqlama verə bilmirəm"

Əbülfəs Qarayevdən agent iddiasına cavab: “Geniş açıqlama verə bilmirəm
2025-02-11 , 12:16

"Mən indi Bakıda deyiləm. Ona görə də yayılan xəbərlərlə bağlı geniş açıqlama verə bilmirəm".

Yenilik.az xəbər verir ki, bunu Musavat.com- a Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq mədəniyyət naziri Əbülfəz Qarayev deyib.
"Belə mənasız xəbərlərə şərh verməyə ehtiyac duymuram. Bunların hamısı mənasız söhbətlərdir".

Qeyd edək ki, “Qafqazinfo” fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yayıb. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.