Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda "Bolt" sürücüsü sükan arxasında YATDI: 3 nəfər ÖLÜMDƏN DÖNDÜ - FOTO

Bakıda "Bolt" sürücüsü sükan arxasında YATDI: 3 nəfər ÖLÜMDƏN DÖNDÜ - FOTO

Bakıda
2025-02-14 , 16:54

"Bolt" şirkətindən kəskin şikayət var.
Sözügedən şirkətdən taksi xidməti sifariş edən müştəri bədbəxt vəziyyətlə üzləşib. O, bu barədə sosial şəbəkələrdə paylaşım edib.
Şikayətçi iddia edir ki, o, 30 yanvar tarixində taksi sifariş edib və başına gəlməyən qalmayıb:
"Mənim şikayətim Boltdandır. 30 yanvar tarixində HB güvən klinikasından Buzovna istiqamətinə taksi sifariş etdim. Taksi gələn kimi əyləşdik. Qala yolu istiqamətində hərəkət edərkən, sürücü sükan arxasında yuxuladı və qəza hadisəsi baş verdi. Nəticədə anam kəllə beyin travması, mən alının kəsilmiş-cırılmış yarası, oğlum 2 yaş 9 aylıq uşaq isə sağ ayağın sınığı ilə xəstəxanaya yerləşdirildik.
Bu şirkət harada narkoman, küçədən keçən, özünü tanımayan varsa, hamısına maşın verib salıb camaatın canına. Allahın lənəti olsun sizə. Yazmaqda məqsədim, ay millət, özünüzü qoruyun, daha diqqətli olun. Maksimum dərəcədə istifadə etməməyə çalışın"./ajans.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.