Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bunu edənlərin nəzərinə: 10 min manat cərimələnə bilərsiz

Bunu edənlərin nəzərinə: 10 min manat cərimələnə bilərsiz

Bunu edənlərin nəzərinə: 10 min manat cərimələnə bilərsiz
2025-02-19 , 13:51

Hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər quranlar 10 min manatadək cərimələnəcək.

Bakupost.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə ediləcək.

Hazırda bu əmələ görə əlli manat məbləğində cərimə tətbiq olunur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.