Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sumqayıt Perinatal Mərkəzi yenidoğulmuş uşaqların təxliyəsini asanlaşdıracaq ambulansla təmin olunub

Sumqayıt Perinatal Mərkəzi yenidoğulmuş uşaqların təxliyəsini asanlaşdıracaq ambulansla təmin olunub

Sumqayıt Perinatal Mərkəzi yenidoğulmuş uşaqların təxliyəsini asanlaşdıracaq ambulansla təmin olunub
2025-03-03 , 17:25

Yenidoğulmuş uşaqların təxliyəsinin əlçatanlığını təmin etmək məqsədilə TƏBİB tərəfindən Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Perinatal Mərkəz ambulansla (reanimobillə) təmin edilib.

AZƏRTAC xəbər verir ki, müasir avadanlıqlarla və transport küvəzlə təchiz edilən ambulans ağır vəziyyətdə doğulmuş körpələrin regionlardan Sumqayıt Perinatal Mərkəzinə təxliyəsini asanlaşdıracaq.
Ambulansda körpələrin təhlükəsiz daşınması üçün temperatur, oksigen səviyyəsi və həyati əlamətləri nəzarətdə saxlayan xüsusi küvəz mövcuddur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.