Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Müəllimlərə qadağa qoymuşdu, özü əməl etmədi - Video

Müəllimlərə qadağa qoymuşdu, özü əməl etmədi - Video

Müəllimlərə qadağa qoymuşdu, özü əməl etmədi - Video
2025-03-04 , 14:31

Xəbər verdiyimiz kimi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun səsyazısı yayılıb.

Səsyazısı ictimailəşən direktor bu gün işdən azad olunub.
Maraqlısı isə budur ki, sözügedən məktəbin giriş qapısında 8 Mart üçün müəllimlərə dəyərli hədiyyələrin verilməsinin qadağan olduğunu bildirən elan yazılıbmış.
Üstəlik, elə direktor Lamiyə İlhamsoyun möhür və imzası ilə.
Məsələnin təzadlı tərəfi isə budur ki, direktor müəllimlərə qoyduğu qadağaya özü əməl etməyib.
Yayılan səsyazıdan aydın olduğu kimi, L. İlhamsoy ona yığılan pullardan narazılığını dönə-dönə dilə gətirərək pedaqoji heyəti təhqir edib.
Ətraflı: “Xəzər Xəbər”in videomaterialında:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.