Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » 600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru işdən çıxarıldı

600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru işdən çıxarıldı

600 manatlıq hədiyyəyə dilənçi payı deyən məktəb direktoru işdən çıxarıldı
2025-03-04 , 12:25

Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb.

Bu barədə  Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən bildirilib.
Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib.
Xatırladaq ki, direktor müəllimlərin ad günü ilə bağlı ona aldıqları hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Bütün bunlar yayılan səs yazısında əks olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.