Prezidentin sədrinə töhmət verdiyi qurumun maliyyə vəziyyəti - 103 milyon manat zərərlə işləyib
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilməsi, eləcə də agentliyin aparat rəhbəri Kənan Qasımovun işdən çıxarılması ilə bağlı yayılan xəbərlər müzakirə mövzusu olaraq qalır. Xüsusilə, son illər agentliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ilə turizimin inkişafı sahəsində aparılan işlərlə tərs mütənasibdir.
Yenilik.az Teleqraf-a istinadla xəbər verir ki, bu ilin büdcəsindən ölkədə turizm imkanlarının genişləndirilməsi, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması üçün Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən 53,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
2024-cü ildə Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən 54,4 milyon manat, o cümlədən “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat vəsait nəzərdə tutulub.
2023-cü ilin dövlət büdcəsinin “İqtisadi fəaliyyət” bölməsinin “Turizm” paraqrafı üzrə xərclərinə 29,8 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinin hesabatları göstərir ki, agentlik əsasən Azərbaycanın turizm imkanlarının dünyada tanıdılması adı altında vəsaitləri xərcləyib.
Rusiya, Almaniya, İngiltərə , BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Qazaxıstan, İspaniya, Çin, Özbəkistan, Yaponiyada sərgi üçün stendlərin tikilişinə 1,7 milyon manat, Azərbaycan turizminin təbliğatı üçün Gürcüstan ofisinin saxlanmasına 0,2 milyon manat, BMT-nin İnkişaf Proqramının Azərbaycanda Regionların Dayanıqlı Turizminin İnkişafı ilə bağlı Proqramına dəstəklə bağlı xərclərə 2,9 milyon manat, xarici ölkələrdə Azərbaycan turizminin təbliği üçün sərgilərdə iştirak etmək məqsədi ilə sahələrinin icarəsinə (Rusiya, Almaniya, İngiltərə , BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Qazaxıstan, İspaniya, Çin, Özbəkistan, Yaponiya), Worldchef ilə birgə əməkdaşlıq çərçivəsində Avstriya, Lüksemburq İtaliya, BƏƏ kimi ölkələrdə Azərbaycanın dünyaca məşhur yeməklərinin kulinariya yarışlarında təqdim olunmasına 2,9 milyon manat, xarici ölkələrdə təbliğat xarakterli işlər, həmçinin dünyaca məşhur rəqəmsal yayım platformalarında təbliğat işlərinin aparılmasına 2,1 milyon manat, İslam Əməkdaşlığı Təşkilatları ilə Turizm əlaq ələrinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərə 0,1 milyon manat, Türk dünyası Təşkilatları ilə turizm əlaqələrinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərə isə 0,1 milyon manat vəsait xərcləyib.
Agentliyin sərgilərə xərclədiyi vəsaitlər açıq tender elanlarından da görünür. Məsələn, qurum bu ilin fevralında 18-20 mart 2025-ci il tarixlərində Moskvada keçiriləcək “MITT 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması ilə bağlı 134 min 286,36 manatlıq tender keçirib. Berlində keçirilən, martın 6-na qədər davam edəcək “ITB Berlin 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılmasına isə 295 min 565,22 manat xərcləməyi planlasa da müqavilədə 79 min 370 manata razılaşıb.
2025-ci ilin 23-25 fevral tarixlərində İtaliyanın Bolonya şəhərində keçirilən stendin məzmununun tərtibatı, eləcə də ölkəmizin yerli üzüm sortlarından hazırlanan icma şərabçılığının potensialının "Slow Wine" koalisiyasının prinsiplərinə əsasən araşdırılması xidmətləri ilə bağlı “Fondazıone Slow Food E.T.S.” şirkəti ilə 107 min 535,73 manat dəyərində müqavilə imzalayıb.
Bütün bu bahalı təbliğatın fonunda Azərbaycana bu ilin yanvar ayında 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu da cəmisi 4% artım deməkdir.
Bir məqamı da vurğulayaq ki, Hesablama Palatasının rəylərində, hesabatlarında Dövlət Turizm Agentliyinin adına rast gəlmək mümkün deyil.
Digər mühüm məsələ agentliyə məxsus "Şahdağ Turizm Mərkəzi"nin illərdir zərərlə işləməsidir. 2023-cü ildə dövlət büdcəsindən 11,777 milyon manat vəsait alan mərkəz hesabat dövrünü 6,682 milyon manat zərərlə başa vurub. Dövlət şirkətinin yığılmış zərəri 6,9% artaraq 103,859 milyon manata çatıb.
2024-cü ilin yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin aktivləri 214,159 milyon manat olub ki, bu da illik müqayisədə 29,1% azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 3,5 dəfə azalaraq 0,534 milyon manata, balans kapitalı isə 28,9% azalaraq 213,625 milyon manata düşüb.
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prezidentin töhmətlə cəzalandırdığı məmurlar –SİYAHI
Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib - Təfərrüat
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55