Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Anasının işgəncə verdiyi azyaşlının qəyyumu var imiş... - Video

Anasının işgəncə verdiyi azyaşlının qəyyumu var imiş... - Video

Anasının işgəncə verdiyi azyaşlının qəyyumu var imiş... - Video
2025-03-06 , 11:02

Xəbər verdiyimiz kimi, anası tərəfindən ağır fiziki zorakılığa məruz qalan azyaşlı M.R. valideynindən alınıb.

Yenilik.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, azyaşlıya körpəlikdən qəyyumluq edən ailənin olduğu məlum olub.
Məlumata görə, Cəmilə Nəsirova adlı qadın ailəsi ilə birgə körpəyə 1 yaş 4 aylığından qəyyumluq edir. 
Cəmilə xanımın sözlərinə görə, gözəllik salonlarından birində çalışan ustadan eşidib ki, Fatimə Ramazanova övladına baxmaq üçün ailə axtarır.
Qadın deyir ki, F. Ramazanova öz övladını Nəsirovlar ailəsinə təhvil verərək ailəyə qəyyumluq verəcəyini vəd edib. Lakin 2024-cü ilin dekabrında yenidən uşağı ailədən alıb və ona işgəncə verib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.