Kondisioneri yandırıb ki, meyitdən qoxu gəlməsin – 11-ci sinif şagirdi Ramalın dəhşətli cinayəti
Sabirabad şəhərində 49 yaşlı qadını bıçaqlayaraq qətlə yetirən 11-ci sinif şagirdinin cinayət işinin təfərrüatı məlum olub. O, iki ağır maddə ilə təqsirli bilinsə də, cəzası yüngülləşdirilib. Səbəb yetkinlik yaşına çatmaması olub.
Ramal qətlə yetirdiyi Rəna İmanovanı hadisədən bir il əvvəl tanıyıbmış. Onunla bir neçə dəfə pul qarşılığında münasibətdə olub. İstintaq belə qənaətə gəlib ki, Ramal hadisə zamanı Rəna İmanovanı onun qızıllarını, telefonunu ələ keçirmək üçün qətlə yetirib.
Ramal məhkəmədəki ifadəsində mərhumu tamah niyyəti ilə öldürmədiyini, onun tərəfindən şantaj edildiyini deyib:
“Rəna İmanova evdə olan gizli kamera ilə şəkillərimi çəkdiyini, atama göndərəcəyini dedi. Məndən pul tələb etməyə başladı. Buna görə onu öldürmək qərarına gəldim.
Hadisədən bir gün əvvəl onunla əlaqədə olduq. Amma pul verməmişdim. Babamın pensiya kartının məndə olduğunu, pensiya keçəndə gətirib verəcəyimi bilirdi. Həmin gün Rənagilə getdim. Rəna mənzilin girişində idi. Pulu gətirib-gətirmədiyimi soruşdu. Gətirdiyimi deyib içəri keçdik. Rəna divanı açmaq üçün əyiləndə kürəyindən vurdum”.
Hadisə zamanı Rəna Ramala müqavimət göstərməyə çalışıb. Bu zaman bıçaq Ramalın barmaqlarını kəsib.
“Rəna qışqırmaq istəyəndə ağzından tutdum. Barmağımı dişləyəndə əlimi çəkdim. Qapıya qaçanda arxasınca gedib saçından tutdum. Yerə yıxıb qarnından 3 dəfə vurdum. Sonra əlimlə boğmağa başladım. Bir-iki dəqiqə sonra Rənanın səsi kəsildi. Əlimi yumağa gedəndə Rənanın xırıldadığını eşidib geri qayıtdım. Bu dəfə boğazındakı boyunbağı ilə onu boğdum. Səsinin kəsildiyini və bədəninin boşaldığını görüb öldüyünə əmin oldum”, – deyə Ramal ifadəsinə əlavə edib.
Bundan sonra Ramal evin kondisionerini qoşub. Məqsədi meyitdən qısa zamanda qoxu gəlməsinin qarşısını almaq olub. Ramal aldığı bıçağı məktəb çantasında gətiribmiş, qayıdanda da qanlı bıçağı çantasında aparıb.
Hadisə yerindən uzaqlaşan Ramal barmağının qanaxmasını kəsə bilməyib. Sonra məcbur qalıb xalası ilə həkimə gedib. Həkimdə onun əlinin kəsilməsinin səbəbi soruşulub. Əlini şüşə ilə kəsdiyini deyən Ramal xəstəxanadan çıxanda onu gözləyən polis əməkdaşları ilə rastlaşıb. Ramal özünü şübhəli aparıb və əlini şüşə ilə kəsməsi polis əməkdaşlarına inandırıcı gəlməyib. Polis şöbəsinə aparılan Ramal orada əməlini etiraf edib.
Ramal məhkəmədə qətli tamah niyyəti ilə törətmədiyini deyib. Qızılları götürməsinin səbəbini belə izah edib:
“Ailəmizin maddi vəziyyəti normal idi. Özüm qızılları götürdüm ki, qətlin oğurluq məqsədi ilə törədildiyi görüntüsü yaransın. Düşdündüm ki, belə olsa, məndən şübhələnməzlər”.
Məhkəmədə elan edilib ki, Ramal istintaqdakı ifadəsində Rəna İmanovanı məhz qızılları götürmək üçün öldürdüyünü deyib.
Həmçinin polisə könüllü təslim olması ilə bağlı deyilənləri məhkəmə səmimi qəbul etməyib. Bildirilib ki, Ramal xəstəxanadan çıxan zaman polislər onu saxlayıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramala 10 il həbs cəzası verilib.
Qeyd edək ki, təkcə Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi ilə nəzərdə tutulan minimum cəza 14 ildən başlayır. Lakin Ramala yüngül cəza verilməsinin səbəbi onun yetkinlik yaşına çatmaması olub.
Belə ki, Cinayət Məcəlləsinin 85.5-ci (Azadlıqdan məhrumetmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Yetkinlik yaşına çatmayan məhkumlar cəzalarını aşağıdakı tərbiyə müəssisələrində çəkirlər) maddəsi tətbiq edilməklə onun barəsində 10 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
OXŞAR XƏBƏRLƏR

“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55