İcra başçısının oğlu 700 minlik tender udub

Ötən gün Laçın rayon İcra Hakimiyyəti tender keçirib və onun nəticələrini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, rəsmi qaynaqlarda bu tenderin Qayğı qəsəbəsində bir sıra işlərin reallaşdırılması məqsədi ilə keçiriliyi qeyd edilib.
Qeyd edək ki,sözügedən MMC-nin qanuni təmsilçisi Ramin Adil oğlu Məmmədovdur.
Bura qədər hər şey qaydasındadır. Laçın İcra Hakimiyyəti tender keçirib, iştirakçı şirkətlərdən biri də prosesə qatılıb, sərəfli təklif verib və qalib olub. Amma udan şirkətin kimə məxsus olması məsələnin əksini deməyə də əsas yaradır.
Tribunainfo.az-ın əldə etdiyi bəzi məlumatlara görə, “Avtoyoltikintiservis” MMC-nin qanuni təmsilçisi Ramin Məmmədov Qobustanın icra başçısı Adil Məmmədovun oğludur. Həmin məlumatlara görə, Ramin Məmmədov məhz atasının nüfuzu və vəzifəsindən istifadə edərək, əksər iri tenderlərin qalibi ola bilir. Güman ki, Raminin atasının icra başçısı olması səbəbindən Laçının icra başçısı Aqil Nəzərli də ona bu tenderi “hədiyyə” edib.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
OXŞAR XƏBƏRLƏR