Arif Hacılı Etibar Məmmədovda səhv tutdu
Müsavat funksioneri “AXC-ni planları baş tutmadıqdan sonra tərk edib” deyir; AMİP-in fəxri liderinin gündəmi isə...
“1991-ci ilin avqustunda Xalq Cəbhəsinin birinci qurultayı ərəfəsində mən yenə də təkliflə çıxış etdim ki, qurultayda dəyişiklik lazımdır. Biz müstəqil dövlətin yaradılmasını proqram kimi bu qurultayda qəbul etməliyik. Onlar yenə də bunun əleyhinə çıxdılar və mən elan etdim ki, Xalq Cəbhəsindən ayrılıram. İki ay sonra, oktyabrda müstəqillik reallaşdı, onların iddialarının səhv olduğu isə faktiki olaraq təsdiqləndi. İki ay əvvəl öz qurultaylarında müstəqilliyi proqram kimi qəbul etmədilər, ancaq mənim fikrim o idi ki, vaxtında qəbul olunsaydı və sonradan demokratikləşməyə biz mərhələ-mərhələ keçsəydik, bu daha yaxşı nəticələr verə bilərdi. Sonra isə onların hakimiyyəti demokratik prinsiplərlə idarə edəcəyi vəd olunsa da, vədlərini həyata keçirməyə hazır olmadıqları göründü”.
Müsavat Partiyasının Məclis sədri Arif Hacılı Etibar Məmmədova cavab verib. O, sosial şəbəkədə yazdığı cavabı 20 Yanvar şəhidlərinin dəfnindən sonra Bakıda keçirilən ilk mitinqin videosu ilə birgə təqdim edib: “Etibar Məmmədov deyib ki, guya Xalq Cəbhəsi ilə fikir ayrılığı Azərbaycanın müstəqillik məsələsi ilə bağlı olub.
Görüntüdə 22 yanvar, şəhidlərimizin dəfnindən sonra ölkədə keçirilən ilk mitinqlərdən biridir. Burada AXC-nin müstəqilliklə bağlı ümumi mövqeyi ifadə edilib. Yəni Etibar Məmmədov AXC-dən ayrılanda suverenlik məsələsi artıq keçilmiş mərhələ idi. Etibar Məmmədov AXC-ni bundan azı il yarım sonra 1991-ci ildə, bu təşkilatla bağlı planları baş tutmadıqdan sonra tərk edib".
“Təəssüf ki, indiki ABŞ prezidenti Donald Tramp zorakı diplomatiya, yəni məcburetmə yolunu tutub. Və onun üçün heç bir beynəlxalq prinsiplər, qayda-qanunlar əhəmiyyətli deyil. Ona görə də biz də diqqətli olmalıyıq bu məsələlərdə... Və biz də bir çox dönüşlərə hazır olmalıyıq. Düzdü, hələ ki Amerikanın Güney Qafqaz, o cümlədən Azərbaycanla bağlı siyasətində ciddi dəyişiklik gözlənilmir. Amma istənilən vaxtı ciddi dönüşlər ola bilər, hətta ciddi təzyiqlər də edilə bilər. Ancaq bu o demək deyil ki, biz o təzyiqlərə boyun əyməliyik və Trampın dediklərini, diktə etdiklərini qəbul etməliyik”.
Bu fikirləri də Moderator.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov deyib.

“Bəs bundan sonra Putin Rusiyasının Güney Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana qarşı siyasətində necə dönüş yaranacaq? Belə mülahizələr var ki, guya Tramp artıq Güney Qafqazı Putinə təslim edir” sualına Etibar Məmmədov belə cavab verib: “Tramp hələ Ukraynanı təslim edib qurtarmayıb axı... Əvvəla, Ukrayna özü təslim olmayacaq. İkincisi, Ukraynanın təslim olması Avropanın Rusiyaya, Putinə təslim olması deməkdir... Odur ki, Avropa da birləşib Tramp və Putinə bunu etməyə imkan verməyəcək. Məntiq onu göstərir. Üçüncüsü, fikrimcə, Birləşmiş Ştatların özündə də Trampın bu cür yanlış siyasətinə qarşı müqavimət getdikcə artacaq. Həm də ona görə ki, Amerikada Ukrayna lobbisi çox güclüdür. Onların təsir imkanları da böyükdür, Ağ Ev administrasiyasına belə, təsir göstərmək rıçaqları var və onlar işə düşəcək. Bundan əlavə, Konqresdə də Trampa qarşı müxalifət var. Hətta respublikaçıların içərisində də onun Ukraynanı Rusiyaya təslim etmə fikrinə müxalif olanlar çoxdur. Və bu proses tədricən gedəcək. Düzdü, hələ Ukrayna tezliklə bu ağır durumdan çıxa bilməyəcək. Ancaq bu ölkənin müqavimət potensialı da kifayət qədər böyükdür...”
“Deməli, belə düşünürsüz ki, Putin Trampın onunla yaxınlaşması fürsətindən yararlanaraq Azərbaycana qarşı siyasətində ciddi dönüş etməyəcək” sualını isə siyasətçi belə cavablandırıb: “Bəli. Heç axı Rusiyanın indiki geosiyasi durumda özünə qarşı bir neçə cəbhədə qüvvələri qaldırması da məntiqlə doğru olmaz, buna ehtiyac da yoxdur. Həm də bu saat Putinin Azərbaycana qarşı sərt siyasət yürütməsinə, onu təhdid etməsinə elə bir ciddi əsas və səbəb də yoxdur...”
OXŞAR XƏBƏRLƏR

“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55