Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “XS lounge”dan şikayətlə bağlı tədbir görüldü

“XS lounge”dan şikayətlə bağlı tədbir görüldü

“XS lounge”dan şikayətlə bağlı tədbir görüldü
2025-03-13 , 13:51

Xəbər verdiyimiz kimi, paytaxtın Səbail rayonundakı “XS lounge” gecə əyləncə mərkəzindən yayılan səs-küy ətrafda yaşayan vətəndaşların narazılığına səbəb olub.

Yenilik.az -ın Qafqazinfo-ya istinadən məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.
“Sakinlərin “XS lounge” gecə klubundakı səs-küylə bağlı müraciətinə polis tərəfindən baxılıb. Sakinlərin narahatlığını əks etdirən hallar polis əməkdaşları tərəfindən araşdırılıb və obyektin icarədarı barəsində qanunauyğun tədbirlər görülüb”, – DİN rəsmisi əlavə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.