Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu tibbi Mərkəzdə yoxlamalara BAŞLANDI: qanunsuz reseptlərin yazılması, insulin, dərmanların pulla satılması...

Bu tibbi Mərkəzdə yoxlamalara BAŞLANDI: qanunsuz reseptlərin yazılması, insulin, dərmanların pulla satılması...

Bu tibbi Mərkəzdə yoxlamalara BAŞLANDI: qanunsuz reseptlərin yazılması, insulin, dərmanların pulla satılması...
2025-03-14 , 14:26

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Respublika Endokrinoloji Mərkəzdə yoxlamalara başlayıb.

Yenilik.az bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, müvafiq şikayət əsasında artıq Mərkəzin rəhbərliyi və bir neçə həkim endokrinoloq barəsində araşdırmalar aparılır. Belə ki, yoxlamalara cəlb olunanlar arasında Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyə Əhmədova və digər şəxslər var.
Məlumata görə, Mərkəzdə ciddi qanun pozuntularına yol verilib: xəstələrdən kütləvi şəkildə rüşvət tələb etmə, xəstə qəbulu prosesində nöqsanlar, qanunsuz reseptlərin yazılması, insulin və digər diabetik dərman preparatlarının pul müqabilində satılması kimi neqativ hallar müəyyən edilib. Hətta, Mərkəzin həkimləri sağlam şəxslərə ağır dibaet diaqnozu qoyaraq onlara arayışları yüksək məbləğ müqabilində satıblar.Agentliyimiz tərəfindən sözügedən məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib, lakin hələ cavab alınmayıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.