Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azercell”də müştəriyə işlənmiş nömrə satdılar – Foto

“Azercell”də müştəriyə işlənmiş nömrə satdılar – Foto

“Azercell”də müştəriyə işlənmiş nömrə satdılar – Foto
2025-03-22 , 14:30

“Azercell”in xidmətlərindən narazılıqlar artır. Daha bir şikayətçi bu barədə sosial şəbəkədə yazıb.

İki həftə əvvəl “Azercell” nömrəsi alan Kamran İbadov adlı şəxs peşman olub. Ona işlənmiş nömrə satılıb:
“Təzə “Azercell” nömrə almışdım 15azn(nömrə) + 6azn(aktiv olması üçün kontur) = 21 azn xərcim çıxdı. Nömrəni taxdım telefona, telegram yükləmək istədim, yüklənmədi. Kod başqa gmaile gedir, nömrəyə kod gəlmir.
“Azercell” nömrəni təzə adı ilə satıblar mənə. Nömrədən imtina etmək istəyirəm, deyirəm adımdan çıxarın nömrəni, deyirlər 6 ay gözləməlisən. Nömrənin iki tərəfli bağlanması üçün də 20 manat tələb edirlər. Mən nömrəni alandan heç işlətməmişəm, artıq pul istəyirlər. Nə deyirsən, deyirlər bizlik deyil. İlk dəfə idi “Azercell” dən nömrə alırdım, peşman oldum”.
Qarşı tərəfi dinləməyə hazırıq.
Tribunainfo.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.