Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "Şeyxə görə məni niyə narahat edirsiz?" Paşazadədən sərt açıqlama

"Şeyxə görə məni niyə narahat edirsiz?" Paşazadədən sərt açıqlama

2025-03-30 , 15:02

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin səhhətində problem yaranıb. Onun onurğa sütununda problemlərin olduğu, yeriyə bilmədiyi qeyd edilib. Şeyx bu gün bayram namazına da qatılmayıb.

Manset.az Şeyxin səhhətilə bağlı onun qardaşı Milli Məclisinin deputatı Cavanşir Paşazadə ilə əlaqə saxlayıb.
C. Paşazadə Manset.az-a sərt açıqlama verərək, bayram günündə Şeyxlə bağlı xəbərə görə onun niyə narahat edildiyini bildirib:
"Mənim bayramımı təbrik etmək üçün zəng vurmusunuz, yoxsa məni əsəbiləşdirmək üçün? Bayram günündə niyə zəng edib, mənə belə suallar verirsiniz? Gedin işinizlə məşğul olun!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.