“Bir xanımı bu qədər alçaltmaq olmaz” – Tənzilə Rüstəmxanlıdan təpki

Aparıcı xanımın bəlkə də niyyəti bu olmayıb, ancaq üslubu yanlışdır. Düzü, mən istəmirəm belə mövzuları müzakirə edim. Çünki onun niyyətinin o qədər də pis olduğunu düşünmürəm. Qızlarımız üçün ataları həmişə örnək olur, qızlar adətən atalarından çəkinir, səhv etməkdən ehtiyat edirlər. Mən belə hesab edirəm ki, aparıcı xanım da bu nöqteyi nəzərdən fikir bildirmək istəyib. Ancaq üslubu yanlış olub.
“Bizim o qədər atasız böyüyən gözəl, namuslu, ismətli balalarımız var. Şəhid qızlarımız var, atasız böyüyürlər. Bu cür fikirlərlə onların qəlbini qıra, ürəyini incidə bilərik. Bu cür fikir, üslub, yanaşma səhvdir. Bu üslubun əleyhinəyəm. Kaş ki, o da belə bir ifadə işlətməsəydi.
Ancaq bir xanımı da fikrinə görə bu qədər linç etmək, bu qədər təhqir etmək olmaz. Tənqid etmək olar. Ancaq o təhqirin, tənqidin arxasında bu qədər alçaltmaq dayanmamalıdır.
Mən bir qadın cəmiyyətinin uzun illər sədri olmuşam. Mən hər zaman qadınlarımızı müdafiə etmək nöqteqi nəzərdən düşünürəm ki, aparıcı Nigar xanımın niyyəti pis olmayıb. O sadəcə fikrini ifadə edərkən düzgün üslub seçməyib, üslubu yanlış olub. Kaş ki, fikirlərini bu şəkildə ifadə etməzdi.
Bu gün bizim ana ilə böyüyən, anasının həm analıq, həm atalıq etdiyi o qədər ismətli qızlarımız var ki, heç kəs onlara dil uzada bilməz”.
OXŞAR XƏBƏRLƏR