Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Sertifikasiyadan keçə bilməyən müəllimlər aksiyaya başladı - FOTO+VİDEO

Sertifikasiyadan keçə bilməyən müəllimlər aksiyaya başladı - FOTO+VİDEO

Sertifikasiyadan keçə bilməyən müəllimlər aksiyaya başladı - FOTO+VİDEO
2025-04-03 , 22:09

Sertifikasiya imtahanlarından keçə bilməyən bir qrup musiqi müəllimi etiraz aksiyası keçirir.

Yenilik.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Aksiyada 100-dən yuxarı müəllim iştirak edir.

Sumqayıt şəhəri 3 nömrəli Uşaq incəsənət məktəbinin fortepiano müəllimi Günel Novruzova Qaynarinfo-ya açıqlamasında hazırda aksiyanın Mədəniyyət Nazirliyinin qarşısında davam etdiyini bildirib:

"Sertifikasiya imtahanlarından keçə bilməyən müəllimlərin hamısı işdən çıxarılıb. İmtahan martın 18-də keçirilib. Məktəbimizin ən yaxşı müəllimləri imtahandan kəsilib. Sualların əksəriyyətinə cavab yazmışıq, amma hamımıza "0” bal yazıblar. İmtahanda iştirak edən 120-dən çox müəllimin hardasa 80 nəfəri keçə bilməyib. Odur ki, haqqımızı Mədəniyyət Nazirliyində aradıq. Tezdən gəlmişik nazirliyin qarşısına. Bizi buradan göndəriblər Nazirlər Kabinetinə. Orada 2-3 nəfər bizi dinləyib, ərizə yazdırdılar. Sonra oradan yenidən Mədəniyyət Nazirliyinə gəldik”.

Günel Novruzova deyir ki, iştirakçıların bir tələbi var:

"İşimizə bərpa olunmaq. Bu qədər müəllimi birdən-birə işdən azad etmək olmaz”.

Xatırladaq ki, musiqi məktəblərində sertifikasiya imtahanı Mədəniyyət Nazirliyi tərəfindən keçirilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.