Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Metronun "28 May" stansiyası BAĞLANIR? - RƏSMİ AÇIQLAMA

Metronun "28 May" stansiyası BAĞLANIR? - RƏSMİ AÇIQLAMA

Metronun
2025-04-09 , 12:27

"Metronun "28 May" stansiyası bağlanmır. Elə bir məlumat yoxdur".

Bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, "28 May" stansiyasından qatarların "Dərnəgül" stansiyası istiqamətində hərəkətinə məhdudiyyət "Cəfər Cabbarlı" - "Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası dövründə tətbiq olunacaq:
"Bu işlərə ilin son rübündə başlanılması nəzərdə tutulub. Sərnişinlərin "qırmızı" və "yaşıl" xətlərdən, həmçinin "28 May" və "Nizami" stansiyalarından bir-birinə keçidinin təşkili ilə bağlı əlavə tədbirlərə tam aydınlıq gətirildikdən sonra ictimaiyyətə məlumatlar təqdim ediləcək".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.